Fanat saytına istinadən Icma.az xəbər verir.
"Onu mənimlə müqayisə edirlər, amma Mastantuono daha istedadlıdır, driblinq bacarığı da mənimkindən üstündür".
Fanat.Az xəbər verir ki, bunu AS nəşrinə açıqlamasında "Real Madrid"in sabiq vingeri, hazırda "Rosario Sentral"ın uğurları üçün çalışan Anxel Di Mariya deyib.
Argentina millisinin heyətində son dünya çempionatının qalibi olan təcrübəli futbolçu "kral klubu"ndakı gənc həmyerlisi Franko Mastantuonodan danışıb: "Franko yüksək səviyyəli oyunçudur. İşlər yaxşı getmədiyi dönəmdə onu da hesabdan silmişdilər, lakin Mastantuononun karyerası irəlidədir. İndi onun komandadakı işləri qaydasındadır. Hazırda daha çox oynayır. Yeni inkişaf mərhələsinə qədəm qoyduğuna şübhə etmirəm. Hələ bundan da yaxşı olacaq. Çünki əhatəndə ən yaxşı futbolçular cəmləşibsə, inkişaf etmək asanlaşır".
Mastantuono "Real"a ötən ilin yayında "River Pleyt"dən transfer olunub. Cənubi amerikalının Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin 30 iyun tarixinə qədər nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 21 matça çıxan yarımmüdafiəçi 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat