Master parol nədir və oğurlanmasının qarşısını necə almaq olar?

31.10.2026

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


2025-ci ildə kibercinayətkarların əlində olan oğurlanmış məlumat bazalarında məşhur parol menecerlərinə aid 1,1 milyon master-parol aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin “SpyCloud” şirkətinin 2026-cı il hesabatında bildirilir.
Qeyd edək ki, master-parol parol menecerindəki bütün məlumatlara, o cümlədən elektron poçt, bank, sosial şəbəkə və iş hesablarına giriş imkanı verir. Buna görə də onun oğurlanması istifadəçinin bir çox hesabını eyni anda təhlükə altına sala bilər.
Məlumatların qorunması üzrə ixtisaslaşmış “Haspbox” şirkətinin texniki direktoru Aleksandr Qusev kibercinayətkarların master-parolları əsasən üç üsulla ələ keçirdiyini bildirib:
1. Fişinq: Saxta sayt və pəncərələr vasitəsilə istifadəçiləri aldadaraq parollarını ələ keçirirlər.
2. Casus proqramlar: Zərərli proqramlar klaviaturada yığılan məlumatları qeydə ala və ekran görüntülərini əldə edə bilər.
3. Zəif və təkrar istifadə olunan parollar: Eyni parolun müxtəlif platformalarda istifadəsi bir hesabın məlumatlarının sızması nəticəsində digər hesabların da ələ keçirilməsinə şərait yaradır.
Master-parolu qorumağın əsas yolları
Ekspert təhlükəsizliyi artırmaq üçün bir neçə vacib qaydaya əməl etməyi tövsiyə edir:
1. Ən azı 16 simvoldan ibarət, unikal və mürəkkəb master-parol seçin.
2. Çoxfaktorlu autentifikasiyanı aktivləşdirin. Mümkün olduqda FIDO2 və “WebAuthn” kimi fişinqə davamlı üsullardan istifadə edin.
3. Şübhəli keçidlər vasitəsilə parol menecerinə daxil olmayın, yalnız rəsmi tətbiq və brauzer əlavələrindən istifadə edin.
4. Əməliyyat sistemini, brauzeri və parol menecerini mütəmadi yeniləyin.
5. Çoxfaktorlu autentifikasiyanın ehtiyat bərpa kodlarını təhlükəsiz, oflayn yerdə saxlayın.
Parol oğurlandıqda nə etmək lazımdır?
Mütəxəssislər xəbərdarlıq edirlər ki, master-parolun dəyişdirilməsi həmişə təhlükəni aradan qaldırmır. Kibercinayətkarlar oğurlanmış kuki faylları vasitəsilə parol dəyişdirildikdən sonra da hesaba giriş əldə edə bilərlər.
Belə hallarda əvvəlcə təmiz və təhlükəsiz cihazdan istifadə etmək, master-parolu dəyişmək, bütün aktiv sessiyaları bağlamaq və tanınmayan cihazları hesabdan silmək lazımdır. Daha sonra parol menecerində saxlanılan vacib hesabların, xüsusilə elektron poçt, bank və iş hesablarının parolları yenilənməlidir.
Ekspertin sözlərinə görə, parol menecerləri təhlükəsizliyin vacib vasitəsi olsa da, onların qorunması həm xidmətin etibarlılığından, həm də istifadəçinin öz cihazının və master-parolunun təhlükəsizliyindən asılıdır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью