Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan dayanıqlı inkişaf məqsədləri istiqamətində, xüsusilə bərpa olunan enerji sahəsinə investisiyalar və dayanıqlı nəqliyyat üçün dövlət və özəl sektor arasında tərəfdaşlıqlarda mühüm addımlar atır, eyni zamanda iqtisadi şaxələnmə və ətraf mühitin qorunmasını təşviq edir.
“Qafqazinfo” xəbər verir ki, BMT İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində bu cür təşəbbüslərin biri 11 noyabr tarixində Bakıda keçirilib.
Təşəbbüs çərçivəsində Azərbaycan şirkətləri ətraf mühitin dayanıqlılığı ilə bağlı təcrübə və təşəbbüsləri inkişaf etdirmək istiqamətindəki öhdəliklərini nümayiş etdiriblər.
Ödəniş şəbəkəsi sahəsində ilk belə addım “Mastercard” tərəfindən 2023-cü ildə öz şəbəkəsindəki ödəniş kartların istehsalında ilkin istifadə edilən PVC plastiklərinin çıxarılacağını bəyan etməsi ilə atılıb.
2028-ci ilə qədər şəbəkədə istehsal olunan bütün yeni ödəniş kartları təkrar emal edilib və ya bioloji mənşəli plastiklərdən, məsələn rPVC, rPET və ya PLA1-dən hazırlanacaq və sertifikatlaşdırma proqramı vasitəsilə təsdiq ediləcək.
Azərbaycanda yerli banklar bu məqsədə daha sürətlə nail olmaq üçün dəstəklənir və 2026-cı ilə qədər “Mastercard” ödəniş kartlarının hazırlanmasında ilkin istifadə edilən PVC plastiklərdən imtina etmək üzrə öhdəliklər götürüblər.
Artıq bir neçə bank, o cümlədən “PAŞA Bank”, “Kapital Bank”, “ABB Bank”, ATB, “Yelobank”, “Rabitəbank” və “Xalq Bank” bu təşəbbüsü dəstəkləyəcəyini bəyan edib.