“MasterChef” çempionu evində ölü tapıldı İnfarktdan öldüyü deyilir…

30.07.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


“Masterchef Turkrte” müsabiqəsində qalib gəldikdən sonra böyük pərəstişkar kütləsi qazanan məşhur aşpaz Eren Kaşıkçı evində ölü tapılıb.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, ölümündən sonra, iş ortağı Mikail Malkoçoğlu hadisə yerinə gələn təcili tibbi yardım heyətinin ilkin təəssüratının infarct olduğunu bildirib.
Ailəsi bir müddət onunla əlaqə saxlaya bilmədikdən sonra səhiyyə və təhlükəsizlik əməkdaşları Kilyosdakı evinə gedərək məşhur aşpazın vəfat etdiyini müəyyən ediblər.
Digər tərəfdən, İstanbul Baş Prokurorluğu hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün istintaq başladıb.
Malkoçoğlu ölümün dəqiq səbəbinin Məhkəmə Tibbi Ekspertizasının rəyindən sonra məlum olacağını qeyd edib.
“Nəticəni məhkəmə-tibbi ekspertizasının rəyi açıqlananda biləcəyik. Lakin tibbi qrupun ilkin təəssüratı belədir ki, o, infarkt keçirib”, - Malkoçoğlu bildirib.
Məşhur aşpazın Kadıköydəki “Kızıl Sakal Sandviç & Burger” restoranını genişləndirmək və Pendik Kurtköydə yeni bir filial açmaq üçün hazırlaşdığı bildirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью