MasterChef Türkiyedə qalmaqal İştirakçı oyunu qazanmaq üçün hiyləyə əl atdı Xəbər saytı Son xəbərlər və Hadisələr

12.12.2024

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Reytinqli yarışmalardan olan "MasterChef Türkiye"də qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, iştirakçılar iki komandaya bölünərək yarışıblar. "Qırmızı" komandaya Semih, "Mavi" komandaya isə Kerem kapitan təyin edilib.

Hər iki komandaya kartofdan yaradıcı yeməklər hazırlamaları tapşırılıb.

Lakin onlara bıçaqdan istifadə qadağan edilib.

Yarış bitdikdən sonra münsiflərdən biri Mehmet Şef, Şirin adlı iştirakçının cibindən bıçaq tapıb.

Həmin an Şirin and içərək bıçaqdan istifadə etmədiyini, sadəcə yarış başlayanda cibinə qoyduğunu deyib.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью