Masterchefin məşhur münsifinə HƏBS CƏZASI

06.12.2024

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbulda restoranın qarşısındakı istinad divarının uçması nəticəsində 1 nəfərin ölümü və 1 nəfərin yaralanması ilə bağlı iş üzrə hökm elan edilib.

News24.az xəbər verir ki, keçirilən prosesdə müttəhim Gülay Kula və tərəflərin vəkilləri iştirak edib.

İclasda çıxış edən təqsirləndirilən şəxsin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İşə qərar verən məhkəmə Somer Sivrioğlu, Kazım Evirgen və Kadri Berk Camala "ehtiyatsızlıqdan ölüm və yaralanmaya səbəb olmaq" ittihamı ilə 5 il həbs cəzası verib.

Qeyd edək ki, Somer Sivrioğlu türkiyəli məşhur aşpaz və eyni zamanda "Masterchef" Türkiyə verilişinin münsifidir.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью