“Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq

15.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Gənclər və İdman Nazirliyi ilə Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiq edilmiş idman təqvim planına əsasən, 27-30 iyun tarixlərində keçiriləcək Azərbaycan çempionatı çərçivəsində ilk dəfə “Masters” kateqoriyası üzrə yarış təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, yarış 28 iyun tarixində Qala yolunda baş tutacaq.

Yaşı 35-dən yuxarı olan həvəskar velosipedçilərin qatılacağı yarışda iştirakçılar 15 kilometr məsafəyə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.

Qaliblər iki yaş qrupu üzrə müəyyənləşəcək. Yarışda Masters 35-49 yaş və Masters 50+ yaş kateqoriyaları üzrə iştirakçılar qüvvələrini sınayacaqlar.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью