Matç başlayar başlamaz qapıçı meydandan qovuldu

25.08.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda “Əl-İttifaq”la keçirilən matçda azlıqda qalıb.

QOL.az xəbər verir ki, görüşün 12-ci dəqiqəsində “Əl-İttifaq”ın hücumçusu Musa Dembeleni cərimə meydançası kənarında qayda pozuntusu ilə dayandıran “Əl-Nəsr”in qapıçısı Bento birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Braziliyalı qolkiper cərimə meydançasını tərk edərək rəqib futbolçunun qarşısını almağa çalışsa da, Dembeleni yerə yıxıb. Baş hakim Məhəmməd əl-Hüveyş dərhal Bentoya qırmızı vərəqə göstərib.

Komandanın baş məşqçisi Anje Postekoqlu qapıçının qırmızı vərəqəsindən sonra Anjelonu meydandan çıxararaq onun əvəzinə gənc qolkiper Əbdürrəhman əl-Oteybini oyuna buraxıb.

Qeyd edək ki, matç hazırda davam edir və “Əl-İttifaq” 2:0 hesabı ilə qalib gəlir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью