Matç zamanı futbolçunu ildırım vurdu Öldü FOTO

04.11.2024

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İldırım vuran müdafiəçi dünyasını dəyişib.

Milli.Az "swissinfo"ya istinadla xəbər verir ki, Perulu futbolçu, müdafiəçi Xose Uqo de la Kruz Mezanı bazar günü matç zamanı ildırım vurub.

Qapıçı Xuan Çoka isə ağır yanıq xəsarətləri ilə ağır vəziyyətdədir. Digər futbolçuların vəziyyəti məlum deyil.

Hadisə Huankayo şəhərində, "Koto Koto" stadionunda, Juventud Bellavista və Familia Chocca komandalarının oyunu zamanı baş verib. Futbolçular meydandan çıxarkən ildırım düşüb.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью