Matça doğru: “Araz Naxçıvan”da ciddi itkilər, “İmişli” rahatdır

03.10.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının VII turunda “Araz Naxçıvan” “İmişli” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, vacib qarşılaşma öncəsi iki komandada itkilər var. İmişli klubunda cəzalı olan Rafael Vieqaş matçda çıxış edə bilməyəcək.

Naxçıvan təmsilçisində isə əsas futbolçular heyətdə yer almayacaq. Zədəli Ramon Maçdo ilə cəzalı Patrik Andrade bu görüşdə meydana çıxa bilmir.

“Araz Naxçıvan” – “İmişli” oyunu saat 17:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью