Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.
Misli Premyer Liqasının VI turunda “Qarabağ” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, oyun öncəsi Ağdam klubunun heyətində vacib itkilər var. Marko Yankoviçlə Xoni Montielin zədə səbəbindən “Qəbələ”yə qarşı oynamayacağı dəqiqdirsə, Nəriman Axundzadə dünəndən komanda ilə məşqlərə başlayıb.
“Qəbələ” isə matça tam heyətlə hazırlaşır.
Qarşılaşma bu gün saat 19:00-da start götürəcək.