Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı

25.11.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya çempionatında iki matçlıq diskvalifikasiya olunub.

QOL.az xəbər verir ki, "Reuters"in məlumatına görə, 23 yaşlı futbolçu La Liqanın 13-cü turunda “Vilyarreal”la (3:2) oyunda ehtiyat oyunçular skamyasında olarkən birbaşa qırmızı vərəqə alıb. 

Lopes Kataloniya klubunun hücumçusu Entoni Qordonun cərimə meydançasında yıxılmasından sonra penalti təyin edilməməsinə etiraz edib.

Matçın protokolunda yarımmüdafiəçinin ehtiyat hakimə “İşinə qarışma!” dediyi üçün meydandan qovulduğu qeyd olunub.

İspaniya Kral Futbol Federasiyasının Yarışlar Komitəsi futbolçunu iki oyunluq cəzalandırıb. Beləliklə, Lopes “Deportivo” və Madrid “Atletiko”su ilə qarşılaşmaları buraxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью