Matçda zərbədən huşunu itirən gənc futbolçu öldü Video

18.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Argentinada futbol matçı zamanı xəsarət alan gənc futbolçu Abel Nunyes vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Argentina Futbol Assosiasiyasının gənclər arasında təşkil etdiyi turnirin qarşılaşmasında baş verib.

“Ezeiza” klubunun oyunçusu topu uzaqlaşdırarkən başından güclü zərbə alıb və huşunu itirərək yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb.

Həkimlər gənc futbolçunu əməliyyat etsələr də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə anının görüntülərini təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью