Matçdan öncə bir dəqiqəlik sükut

25.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Dekabrın 26-da futzal üzrə Yüksək Liqanın VIII turunun və Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyanın rəsmi saytı məlumat yayıb.

Matçlar bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью