Matçdan öncəki məşq zamanı qorxulu qəza Video

20.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video

İngiltərə millisinin sabiq futbolçusu Andros Taunsend Taylandda keçirdiyi səfər zamanı gözlənilməz hadisə ilə üzləşib.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 35 yaşlı futbolçu “PT Praçup”un “Pattani” ilə oyunu öncəsi isinmə zamanı yol silindrinin altında qalıb.

Ağır texnikanın sürücüsü idarəetməni itirib və silindr Taunsendə tərəf hərəkət edib. Futbolçunun ayaqları texnikanın altında sıxışsa da, sürücü nəqliyyatı vaxtında dayandırıb. 

Futbolçu ciddi xəsarət almayıb və hətta matçın sonlarında meydana daxil olub. “PT Praçup” qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Taunsend karyerası ərzində “Tottenhem”, “Kristal Pelas” və “Everton”da çıxış edib. O, İngiltərə millisində 13 oyun keçirib.

View this post on Instagram

A post shared by Republic (@republicworld)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью