Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24.08.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

İsrailin "Hapoel" klubu UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Beer Şeva təmsilçisinin baş məşqçisi Ran Kojuk matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. Mütəxəssis cütün favoritinin "Sabah" olduğunu deyib:

"Bu qarşılaşma üçün xüsusi hazırlığımız olmayıb. Həmişəki kimi hazırlaşmışıq. Bakıda olmaq bizim üçün çox xoşdur. Yaxşı komandaya qarşı oynayacağıq. Maksimum hazırlaşmışıq. İlk oyundan qalib ayrılmışıq. Üstünlüyü qorumağa çalışacağıq. Matçın favoriti "Sabah"dır. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin çox yaxşı oyunçuları var".

Qeyd edək ki, "Sabah" - "Hapoel" qarşılaşması avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək. Komandalar arasında baş tutan ilk oyun İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью