Matəm günü ilə bağlı dərslər DAYANDIRILACAQ?

25.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabah Azərbaycanda təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək.

Bu məlumat Oxu.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilib.

"Dekabrın 26-da ölkədə Matəm günü elan olunsa da, qeyri-iş günü elan edilməyib. Bu səbəbdən dərslər eyni qaydada davam edəcək", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью