Matəm günündə dərs olacaq? RƏSMİ AÇIQLAMA

25.12.2024

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident  İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Matəm günü ilə əlaqədar ictimaiyyət arasında sabah dərs olub olmayacağı ilə bağlı fikir ayrılığı yaranıb.

Manset.az məsələ ilə bağlı Azərbaycan Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Manset.az-ın sorğusuna cavab olaraq  Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, sabah təhsil ocaqlarında dərs olacaq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью