Mateta Fənərbağçaya keçə bilər

13.07.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Fransanın millisinin futbolçusu Jan-Filip Mateta karyerasını Türkiyədə davam etdirə bilər.

Bakıvaxtı.az yerli "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça" 29 yaşlı hücumçu ilə maraqlanır.

İstanbul təmsilçisi forvardın agenti ilə danışıqlara başlayıb.

Xatırladaq ki, Jan-Filip Matetanın İngiltərənin "Kristal Pelas" klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. O, ötən mövsüm 50 matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью