Fanat saytına istinadən Icma.az xəbər verir.
"Kristal Pelas"ın hücumçusu Jan-Filipp Mateta karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Xəbərə görə, Matetanın xidmətində "Liverpul" maraqlıdır. Mənbə futbolçunun agenti ilə birlikdə Parisdə mersisaydlıların nümayəndələri ilə görüşdüyünü vurğulayıb. "Kristal Pelas"ın qarşı tərəfdən 50 milyon avro tələb edəcəyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 46 matça çıxan Jan-Filipp 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.