Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransalı hücumçu Jan-Filip Matetanın "Kristal Pelas"dan İtaliya nəhəngi "Milan"a transferi gözlənilməz problemlə üzləşib.
Fanat.Az xəbər verir ki, futbolçunun tibbi müayinə zamanı dizində aşkar olunan ciddi zədə bu keçidi sual altına qoyub.
İnsayder Florian Plettenberqin yaydığı məlumata görə, "Milan" tərəfi hazırda Parisdə olan klub həkimindən gələcək son diaqnozu gözləyir. Bu səhər tamamlanan əlavə yoxlamalar transferin aqibətini müəyyən edəcək.
Əgər zədə ciddi olarsa, "Milan" rəsmi müqavilə imzalamaqdan imtina edə bilər. Mateta üçün bu transfer karyerasında böyük bir addım olmalı idi, lakin diz problemləri hər şeyi korlaya bilər.