Mateuş da sıraya dönür, Mikels də Karvan nə vaxt başlayacaq?

09.10.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Premyer Liqa təmsilçisi "Karvan-Yevlax"ın zədəliləri sıraya dönmək üzrədir.

Yevlax təmsilçisinin sözçüsü Bəhruz Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, qapıçı Pedro Mateuş və hücumçu Coy Sleyd Mikels məşqlərə başlayacaqlar. 

Klub rəsmisi yoxlama oyunu keçirməyəcək "ağ-qaralar"ın Yevlaxda hazırlaşacaqlarını və çalışmalara sabahdan start verəcəklərini bildirib.

Xatırladaq ki, Premyer Liqanın son 5 oyununda qol vura bilməyən "Karvan" 7-ci turda "Sumqayıt"ın qonağı olacaq.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью