Mateus Kamilo: Döyüşü sabmişşınla bitirmək niyyətindəyəm

24.06.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Şənbə günü çox gözəl döyüş izləyəcəksiniz”.

“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri UFC döyüşçüsü Mateus Kamilo deyib.

O, Nazim Sadıxova qarşı keçiriləcək döyüşü dəyərləndirib. “Döyüşü sabmişşınla bitirmək niyyətindəyəm. Yaquar çox güclüdür (red - özünü nəzərdə tutur). Tam hazıram. Bir neçə gündür ki, buradayam. Özümü yaxşı hiss edirəm”.

Kamilo qələbə qazanarsa, bunu kimlərə həsr edəcəyini açıqlayıb: “Qələbə qazansam, bunu ailəmə, dostlarıma, azarkeşlərimə, Bakıya, Braziliyaya və məni sevməyənlərə həsr edəcəm”. 

Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

UFC həyəcanı Dənizkənarı Bulvarda: Açıq məşq və fan-zona təşkil olunacaq Tahir Abdullayev: Rəqibimin üzərindən tank kimi keçməyə hazıram Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdir” “Xəzərin piratı” Bakıdadır - Şarabutdin Maqomedov UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью