Mateuş Koxalski “Qarabağ”la vidalaşıb

06.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Araz-Naxçıvan”la keçirilən qarşılaşmadan sonra Ağdamın “Qarabağ” futbol klubunun qapıçısı Mateuş Koxalski komandadan ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə polşalı qolkiper jurnalistlərə açıqlamasında bildirib. Oyundan sonra futbolçu tribunalara yaxınlaşaraq azarkeşlərlə vidalaşıb.

Qeyd edək ki, Koxalski 2024-cü ildə “Stal”dan (Melets) “Qarabağ”a keçib. Qapıçı 76 oyunda 28 dəfə qapısını “toxunulmaz” saxlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью