Mateuş Koxalski üç seyvi ilə diqqət mərkəzinə düşdü

26.11.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin üç seyvi UEFA Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Ağdamlıların polşalı legioneri səfərdə "Napoli" ilə oyunda penaltini dəf etdiyi epizodla yanaşı, digər iki seyvi də "6-lığ"a düşüb.

Avropa futbol qurumu paylaşımda "qapıçılar bu gecə ən yaxşı formadadırlar. Ən yaxşısı hansıdır?" deyə sorğu da başladıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin V turunda Neapol klubuna 0:2 hesabı ilə uduzub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью