Matevosyan: Paşinyan dəhlizi verəcək

06.03.2025

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistanın bütün güzəştlərinə rəğmən, Azərbaycan Ermənistanın təkliflərini qəbul etmirsə, deməli, bu, İlham Əliyevin dəhliz istəməsi deməkdir”.

Tribunainfo.az bildirir ki, bunu erməni politoloq Beniamin Matevosyan deyib.
Onun sözlərinə görə, Rusiya hərbçilərinin sərhəddən uzaqlaşdırılması Ermənistan hakimiyyətinin planı olmaqla yanaşı, Zəngəzur dəhlizi ilə bağlı “şübhələr” də yaradır. “Belə çıxır ki, Moskva dəhliz istəməyib. Əksinə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının olması Paşinyanın Ermənistanı bir böyük dəhlizə çevirməsinə çoxdan mane olub. Paşinyan isə dəhlizin müqabilində Ankara və Bakıda siyasi dəstək alacağına ümid edib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью