Matiçlə yeni müqavilə imzalanacaq

01.05.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Matiçlə yeni müqavilə imzalanacaq

Tanınmış futbolçu Nemanya Matiç daha bir mövsüm "Sassuolo"da qalacaq.

QOL.az xəbər verir ki, A Seriyası təmsilçisi serbiyalı yarımmüdafiəçini komandada saxlamaq qərarı verib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

İtaliya klubu 37 yaşlı dayaq yarımmüdafiəçisinə 1 illik sözləşmə təklif edib. Futbolçu ilə yaxın günlərdə yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Nemanya Matiç mövsümün əvvəlindən "Sassuolo"da çıxış edir. Serbiya millisinin üzvü bu komandada 30 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью