“Matmo” tayfunu Vyetnamda 8 nəfərin həyatına son qoyub

08.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

Vyetnamda “Matmo” tayfununun səbəb olduğu leysan yağışları və daşqınlar nəticəsində səkkiz nəfər ölüb, daha beş nəfər xəsarət alıb.

AZƏTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, 15 min 700-dən çox evi su basıb, 400-dən çox evə ziyan dəyib. 14,6 min hektardan çox çəltik və digər əkin sahələri də su altında qalıb. Həmçinin 97 mindən çox mal-qara və ev quşları tələf olub. Ölkənin şimal və mərkəzi əyalətlərinin dağlıq əyalətlərində 600-dən çox yerdə daşqınlar, torpaq sürüşmələri və nəqliyyatın hərəkətində fasilələr baş verib.

Məlumata görə, Vyetnamın Baş naziri Fam Min Tin təcili göstərişlər verərək, daşqınlar və torpaq sürüşmələrdən zərər görmüş ərazilərdə sakinlərin təhlükəsizliyini təmin etmək üçün səyləri artırmağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью