Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransız aktyor Lamber Vilson "Harri Potter" serialında əlkimyagər Nikolas Flamel rolunu canlandıracaq.
Kulis.az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
"The Matrix Reloaded"filmində Merovingen rolunu ifa edən Vilson bu dəfə ekranda Fəlsəfə daşını yaradan fransız sehrbaz obrazını yaradacaq.
Qeyd ed
Qeyd edək ki, 2001-2011-ci illər aralığında Coan Roulinqin Harri Potter haqqında yazdığı kitablar əsasında səkkiz tammetrajlı film işıq üzü görüb. Bundan sonra isə hadisələri əsas saqadan əvvəlki dövrü əhatə edən "Fantastik məxluqlar" silsiləsindən üç film çəkilib.
Serialın "Harri Potter və Fəlsəfə daşı" adlı ilk mövsümü Harrinin 11 yaşının tamam olduğu gün Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbinə qəbul olması barədə məktub alması ilə başlayacaq. Harrinin ən yaxın dostu Ronald Uizli rolunu Alaster Staut ifa edəcək. Arabella Stenton isə Hermiona Qreyncer obrazını canlandıraraq klassik trioya qoşulacaq. Layihənin premyerası 2026-cı ilin Milad bayramına planlaşdırılıb.
Bundan əvvəl serialın yaradıcıları hər mövsümün Harri Potter seriyasının yeddi kitabından birinə həsr olunacağını bildirmişdilər.
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova "Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı? Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi