Matros olmaq istədi, dələduzluğa məruz qaldı | Icma.az
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir. Gəmidə matros olmaq istəyən şəxs dələduzluqla üzləşib.
Qaynarinfo xəbər verir ki, hadisə Astara rayonunda baş verib. Samir Şahmarov (şərti) oğlunu dənizçilik sahəsində işə düzəltmək istəyib.
Əvvəldən tanıdığı Ramil Railov (şərti) ona bu məsələdə kömək edəcəyini deyib.
O, Samir Şahmarova bildirib ki, oğlunu gəmilərdən birinə mators düzəldə bilər. Bunun üçün zərərçəkmişdən 5100 manat pul alıb.
Sonradan onun Samir Şahmarovu aldatdığı məlum olub. Zərəçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.
Bundan sonra Ramil Railov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işinə Astara Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılıb.
Tam oxu
Xəbəri oxu