Matteus Almaniyanın məğlubiyyətinin səbəbini tapıb VİDEO | Icma.az
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1990-cı ildə Almaniya yığmasının heyətində dünya çempionu olmuş Lotar Matteus Slovakiya ilə 0:2 hesabı ilə başa çatan 2026-cı il dünya çempionatının seçmə oyunu barədə danışıb.
İdman.biz bildirir ki, Matteus Almaniya millisində hücumameyilli yarımmüdafiəçi Camal Musialanın yoxluğunun nəticəyə ciddi təsir göstərdiyini vurğulayıb: “0:2 hesabı ilə uduzmaq olar, amma əsas məsələ necə uduzmaqdadır.
Nəticədən daha çox oyunumuz məni təəccübləndirdi. Futbolumuz dəhşətli idi. Əslində hesab bizim üçün hətta xoş nəticələndi.
Çox rahatlıqla 4:0 və ya 5:0 ola bilərdi. Musialanı fərdi baxımdan əvəzləmək mümkün deyil. Necə ki, Messini əvəz etmək mümkün deyil.
Ümid edirəm, tezliklə qayıdacaq”, – deyə Matteus "Sky Sports Germany"-yə bildirib.
Qeyd edək ki, Almaniya yığması növbəti oyununu 7 sentyabrda Şimali İrlandiyaya qarşı keçirəcək.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu