Matviyenko: Ermənistan KTMT dən çıxacağı təqdirdə, çox şey itirəcək

12.11.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarına gələrsə, çox şey itirəcək.

APA xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko Vyetnama səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan KTMT-də üzvlüyünü davam etdirib-etdirməmək barədə qərarı özü verməlidir.

“Bundan sonrası Ermənistanın öz hüququdur – KTMT-də üzvlüyünü qoruyub saxlamaq, yaxud təşkilatdan çıxmaq. Düşünürəm ki, əks qərar verəcəyi təqdirdə, Ermənistan çox şey itirəcək”, – Matviyenko vurğulayıb.

Rusiya Federasiya Şurasının sədri Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində səylərinin Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı ilə uyğun gəlmədiyini də bildirib.

Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dondurduğunu bəyan edib. Dünən isə Moskvada keçirilən KTMT sammitində Ermənistan təşkilatdakı səsvermə hüququndan məhrum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью