Matviyenko İrəvana səfər edəcək | Icma.az
Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun iyunun 5-6-da İrəvana səfəri gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
"Mən həmkarım Valentina Matvienkonun Ermənistana səfərini gözləyirəm. Səfərin iyunun 5-6-da baş tutacağı gözlənilir.
Biz bu tarixi əvvəlcədən razılaşdırmışıq", - Simonyan qeyd edib.
Səfərin rəsmi olacağını bildirən Simonyan bu müddət ərzində Matviyenko ilə üç dəfə telefon danışığının olduğunu vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu