Maurinyo “Fənərbağça”dan ayrılır?

12.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo yenidən İngiltərədə çalışa bilər.
Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssisin "Vulverhempton"u çalışdırmaq ehtimalı var. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
 

Mourinyonun "Fənərbağça" ilə müqaviləsində 5 milyon avroluq sərbəstqalma bəndi var. "Vulverhempton" bu məbləği ödəyib 61 yaşlı məşqçini komandaya gətirmək istəyir.


Joze Mourinyo mövsümün əvvəlində "Fənərbağça"nın baş məşqçisi təyin olunub və Türkiyə klubu ilə 2 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Mourinyo daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью