Maurinyo peşmandır: Peres mənə dedi ki...

01.01.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo məşqçilik karyerasındakı peşmanlıqlarından danışıb.

Yenisabah.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, o, "Real"dan ayrılmağının səhv qərar olduğunu etiraf edib: 

“Matçlardan danışsaq, çox pis oyun var. Çünki uduzanda həmişə fikirləşirsən ki, sən başqa cür də edə bilərdin. Mən çox matçda uduzmuşam. 

Peşəkar seçimdən danışırıqsa, mənim peşmanlığım "Real"dan ayrılmağımdır. Florentino Peres mənə dedi:

"İndi getmə, sən çətin olan işləri gördün və indi yaxşı dövr gəlir..." Bunun baş verəcəyini bilirdim, amma İspaniyada üç çətin ildən sonra "Çelsi"yə qayıtmaq istədim”. 

Xatırladaq ki, Mourinyo 2010-2013-cü illərdə "Real"a rəhbərlik edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью