Mauro İkardi A Seriyasına qayıda bilər

14.10.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İnter”in və PSJ-nin keçmiş hücumçusu və “Qalatasaray”ın hazırkı futbolçusu Mauro İkardi A Seriyasına qayıtmağa yaxındır.

İdman.Biz bu barədə “La Stampa”ya istinadən bildirir.

Məlumata görə, “Torino”nun prezidenti Urbano Kayro futbolçu ilə müqavilə imzalamaq imkanlarını araşdırır.

“İnter” və “Sampdoriya”da çıxış etdiyi müddətdə A Seriyasında 121 qol vuran argentinalı hücumçu üçün karyerasını davam etdirmək üçün İtaliyaya qayıtmaq prioritet məsələdir.

Bu mövsüm 32 yaşlı İkardi “Qalatasaray”ın heyətində Türkiyə superliqasında 7 matçda 5 qol vurub və hücumda Viktor Osimhenin əsas alternatividir. Transfermarkt-ın məlumatına görə, onun hazırkı transfer dəyəri 8 milyon avrodur.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью