Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suarezin münasibətinə son qoyduğu iddia edilir.
BAKU.WS xəbər verir ki, xarici KİV-in məlumatına görə, təxminən 1,5 il davam edən münasibət son həftələrdə yaşanan gərginlikdən sonra başa çatıb.
İddialara əsasən, ayrılmaq qərarını Çin Suarez verib. Bildirilir ki, cütlük arasında fikir ayrılıqları, qısqanclıq və davamlı mübahisələr münasibətin bitməsinə səbəb olub.
Jurnalist Yanina Latorrenin sözlərinə görə, ayrılıq qərarı Mauro İkardi üçün gözlənilməz olub və futbolçu bu xəbəri ağır qarşılayıb.
Qeyd edək ki, Mauro İkardi və Çin Suarez 2025-ci ilin əvvəlindən münasibətdə idilər. Tərəflər ayrılıq xəbərləri ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.