Mauro İkardinin Qalatasaray dakı gələcəyi bəlli oldu

05.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Argentinalı hücumçu Mauro İkardinin "Qalatasaray"dakı gələcəyi bəlli olub.

Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" klubu Mauro İkardi ilə yollarını ayırmayacaq.

Hətta klub hücumçuya ikiillik yeni müqavilə təklif etmək barədə düşünür.

Klub rəhbərliyi tərəflər arasında danışıqlar yekunlaşdıqdan sonra məlumat verəcəyini bildirib.

Qeyd edək ki, Mauro İkardi UEFA Avropa Liqasının Liqa mərhələsinin "Tottenhem" - "Qalatasaray" matçında zədələndiyi üçün uzun müddət yaşıl meydanlardan kənarda qalıb. Futbolçunun iyun ayında zədəsini bərpa edəcəyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью