Mavi gözlü və sarı saçlı turistlər üçün təhlükəli ölkə AÇIQLANDI

21.02.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

İran mavi gözlü və sarı saçlı turistlər üçün təhlükəli ölkə seçilib. 

Lent.az bildirir ki, bu barədə “Daily Mail”ə müsəlman dövlətinin hökumətindəki anonim mənbə məlumat verib.

"Əgər mavi gözləriniz və sarı saçlarınız varsa, istər turist, istərsə də işgüzar səfərdə olsanız, İran sizin üçün təhlükəsiz deyil", - mənbə bildirib. 

Onun sözlərinə görə, belə bir görünüşə malik olan əcnəbinin həbs olunmaq üçün cinayət törətməsinə belə ehtiyac yoxdur.

O, bu barədə Tehranda saxlanılan britaniyalılarla bağlı vəziyyət fonunda xəbərdarlıq edib. Cütlük foto çəkdirdiklərinə görə həbs edilərək dəmir barmaqlıqlar arxasına atılıb. Onlar 2024-cü ilin dekabr ayının sonundan həbsdədirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью