Maxaçev çempionluq kəmərini qorudu

16.08.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“UFC 330” turnirinin əsas döyüşü baş tutub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə rusiyalı İslam Maxaçevlə irlandiyalı Yan Qerri üz-üzə gəlib. Maxaçev beş raundun yekununda hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.

34 yaşlı döyüşçü bununla da UFC-də yarıorta çəkidə çempionluq kəmərini qoruyub.

Rusiyalı idmançı 2025-ci ilin noyabrında Cek Della Maddalenaya qalib gələrək kəməri qazanmışdı.

İndi 29 yaşlı Maxaçevin MMA-da 29 qələbəsi və bir məğlubiyyəti var. 17 qələbəsi olan 28 yaşlı Qerri isə ikinci döyüşünü uduzub.

Maxaçev karyerasında UFC-də məğlubiyyətsiz irəliləyir. Qerri üzərində qələbə onun ardıcıl 17-ci qalibiyyəti olub. Rusiyalı idmançı MMA-da isə 29 döyüşdə 1 dəfə uduzub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью