Lent az saytına istinadən Icma.az xəbər verir.
Dağıstan əsilli rusiyalı MMA döyüşçüsü İslam Maxaçev UFC 330 turniri çərçivəsində irlandiyalı İan Qerri üzərində qələbə qazanıb.
Lent.az xəbər verir ki, Filadelfiyada (ABŞ) keçirilən döyüş beş raund davam edib. Maxaçev hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
Bu qələbə ilə İslam Maxaçev yarımorta çəkidə UFC çempionluq kəmərini qoruyub. O, həmçinin UFC-də ardıcıl 17-ci qələbəsini qazanaraq tarixi rekorda imza atıb.
Bununla da Maxaçev braziliyalı Anderson Silvanın UFC-də ardıcıl 16 qələbəlik rekordunu geridə qoyub.
34 yaşlı İslam Maxaçevin peşəkar MMA karyerasında 29 qələbə və 1 məğlubiyyəti var. 28 yaşlı İan Qerrinin aktivində isə 17 qələbə və 2 məğlubiyyət qeydə alınıb.