“Maxar” Ukrayna üçün xidməti bərpa etdi

12.03.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın “Maxar Technologies” aerokosmik şirkəti Ukrayna ordusunu peyk görüntüləri ilə yenidən təchiz etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı şirkətə istinadla məlumat yayıb.

Qeyd edək ki, “Maxar” martın 7-dən etibarən Ukrayna ordusunu peyk görüntüləri ilə təchiz etməkdən imtina etmişdi. Şirkət kəşfiyyat məqsədləri üçün istifadə olunan Yer səthinin müxtəlif hissələrinin yüksək dəqiqlikli fotolarını təqdim edir. “Maxar” Ukrayna Silahlı Qüvvələrinə bu cür görüntülərin əsas tədarükçüsü olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью