Icma.az bildirir, Apa.az portalına istinadən. May ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 g
Bu barədə APA-ya Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
May ayında maksimal və minimal temperatur göstəriciləri May ayı ərzində ölkə üzrə maksimal temperatur mayın 31-də Kürdəmirdə 37.6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə mayın 30-da 33.5 dərəcə isti qeydə alınıb.
Minimal temperatur isə ölkə üzrə mayın 7-də Şahdağda 1 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə mayın 1-də 9.8 dərəcə isti müşahidə olunub.
Yağıntının miqdarı May ayında əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.
Bölgələr üzrə ümumilikdə 25 gün yağıntılı hava şəraiti müşahidə edilib.
Ən çox yağıntı Mərkəzi Aran zonasına düşüb — aylıq normanın 203 faizi olmaqla Hacıqabulda 54 mm, Bakı və Abşeron yarımadasında isə aylıq normanın 68 faizi olmaqla Maştağada 14 mm qeydə alınıb.
Dolunun miqdarı Ölkəmizdə may ayında 27 dəfə dolu hadisəsi qeydə alınıb. Dolunun ən böyük diametri Kəlbəcər rayonunda 30–35 mm olub.