Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Aprel ayının sonlarını yaşayırıq və qarşıdan may ayı gəlir. Bəs görəsən yeni ayın ən şanslı, uğurlu bürcləri hansılar olacaq? Astroloqlar 4 bürcün daha çox müsbət yeniliklər əldə edəcəklərini proqnozlaşdırır.
Missiya.Az onları sizə təqdim edirik:
1. Buğa – Günəşin təsiri ilə parlayırsınız. Maddi imkanlar, yatırım qazancları və gözlənilməz iş fürsətlərinin gündəmə gələcəyi gözlənilir;
2. Xərçəng – Ailəvi hüzur, yeni evə köçmə şansları və kariyera baxımından irəliləyiş dönəmi yaşanacaq. Keçmişin ağır yükləri silinir;
3. Tərəzi - İkitərəfli münasibətlərdə böyük şans əldə edəcəksiniz. Eşq həyatınızda yeni başlanğıclar və evlilik ön plana gələcək;
4. Oğlaq – Karyeranızda ciddi inkişaflar baş verəcək. Uğur qazanacaqsınız, iş baxımından yeni layihələrə imza atacaqsınız.
Zərintac Mayisqızı
Missiya.Az