May ayının ilk günü hava yağmursuz olacaq KONKRET | Icma.az
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. May ayının ilk gününə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 16-20° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° ist
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu