Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86%-nin (930 512) hesablanmasından sonra 55,41% səs toplayıb.
Bununla da o, ardıcıl ikinci dəfə prezident seçilib. Maraqlı məqam isə ondan ibarətdir ki, Sandu ölkə ərazisində əsas rəqibi Aleksandr Stoya
Belə ki, Stoyanoqlo 51.19 faiz səs topladığı halda, Sanduda bu rəqəm 48.81 olub.
Hazırkı prezidentin qalib olmasına səbəb isə xaric ölkələrdə qazandığı səs faizləridir.
Maraqlıdır, növbəti il Moldovada parlament seçkiləri baş tutacaq.
Aİ-yə inteqrasiyanı hədəfləyən Sandu parlamentdə üstünlük qazana bilməsə, hadisələr hansı ssenari ilə inkişaf edəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Yalçın Hacızadə Qərbin və Rusiyanın atdığı addımlardan söz açıb: “SSRİ və Varşava paktı dağıldıqdan sonra Qərb ittifaqları və təşkilatları Şərqə doğru, yəni sovet “şinelindən” çıxımış ölkələrə tərəf genişlənməyə başladı.