Mayami hava limanında iki təyyarə toqquşub Xəsarət alan olmayıb

15.11.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayami Beynəlxalq Hava Limanında ABŞ-nin UPS aviaşirkətinə məxsus Boeing 767 yük təyyarəsi ilə Copa Airlines aviaşirkətinin sərnişin daşıyan Boeing 737 təyyarəsi yerüstü hərəkət zamanı toqquşub.

"Report" CBS News telekanalına istinadən xəbər verir ki, hadisə iki hərəkət zolağının kəsişməsində baş verib.

İlkin məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.

Hava limanının kommunikasiya direktoru Qreq Çinin sözlərinə görə, hadisə hava limanının fəaliyyətinə təsir göstərməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью