Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
MBA klublarından “Mayami” yaxın günlərdə Serbiya yığmasının forvardı Nikola Yoviçlə müqavilə müddətini uzadacaq.
ESPN-in yaydığı xəbərə görə, klub 22 yaşlı serb ulduzla 4 illik, dəyəri 62,4 milyon dollar olan müqaviləni razılaşdırıb. Müqavilə 2026/27 mövsümündən qüvvəyə minəcək.
Yoviç ötən mövsüm zədə üzündən bir neçə ayı boşa verib. Meydana çıxdığı 46 oyunda orta hesabla 10,7 xal toplayıb, 3,9 ribaund edib və 2,8 ötürmə verib. “Mayami” Yoviçi 2022-ci ilin draftında 27 nömrə altında seçib.