Mayamidə ABŞ Ukrayna danışıqları yekunlaşıb

05.12.2025

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Ukrayna KİV-i ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Mayamidə aparılan danışıqların yekunlaşdığını yazıb.

Doğru.az xəbər verir ki, “Obşçestvennoe Novosti” mənbələrə istinadla məlumat yayıb.

Danışıqların təfərrüatları açıqlanmayıb. Məlumata görə, Ukrayna tərəfini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynada silahlı münaqişənin həlli üçün “çox gərgin” şəkildə çalışır.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью