Mayamidə Putinlə görüşməyə hazıram Zelenski

12.09.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinin qatılacağı təqdirdə onunla görüşməyə hazıram.

"AzPolitika" Ölkə.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski DW-yə müsahibəsində Putinlə mümkün görüş barədə sualı cavablandırarkən deyib.

"Bəli, əlbəttə. Biz gəlməliyik. Görüşməli, danışmalı və qərarlar qəbul etməliyik", - deyə o bildirib. Zelenskinin sözlərinə görə, Rusiya prezidenti ilə mümkün söhbətin məzmunu onun nəticəsindən daha az vacibdir. "Məsələ sözlərdə deyil. Ona nə deməyim və ya nə demək istədiyinin əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan nəticədir", - Ukrayna prezidenti bildirib.

Qeyd edək ki, Prezident Volodimir Zelenski və Prezident Vladimir Putin Rusiyanın Ukraynada tammiqyaslı hərbi əməliyyata başladığı 2022-ci ilin fevral ayından bəri şəxsən görüşməyiblər. Kreml hələ ki, Putinin dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak etmək niyyətində olub-olmadığını açıqlamayıb. Rusiya prezidenti 2019-cu ildən bəri şəxsən G20 sammitində iştirak etməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью